Yuxarı

Nazir müavini: "Vergi yoxlamaları azaldılıb"

Sahib Ələkbərov: Operativ vergi yoxlamaları 13 dəfə azaldılıb

Bakı. 18 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda vergi yükü və yoxlamaların sayı kifayət qədər azaldılıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavininin sözlərinə görə, vergi yoxlamalarından başqa digər yoxlamalar dayandırılıb: "Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 4 ayı ərzində səyyar vergi yoxlamaları 45,1%, kameral vergi yoxlamaları 2,5 dəfə, operativ vergi yoxlamaları isə 13 dəfə azaldılıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi