Yuxarı

Nazir müavini: "Ticarət sektorunda vergidən yayınma halları çoxdur"

Azərbaycanda aparılmış vergi yoxlamalarının 99%-də vergidən yayınma halları aşkarlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda aparılmış vergi yoxlamalarının 99%-də vergidən yayınma halları aşkar edilib. "Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən "Açıq qapı" günündə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov qeyd edib ki, neft sahəsi şəffaf sahədir və orada vergidən yayınma halları yoxdur: "Neft sektorunda büdcəyə 100 mln. manatdan artıq vergi hesblanıb və bu məbləğ tam həcmdə ödənilib. Lakin ticarət və ictimai iaşə sahəsində vergi toplamaları dəfələrlə çox olmalıdır, amma yayınmalar da çoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi