Yuxarı

Nazir müavini: "Müğənnilər aldığı qonorarı az göstərir"

Bu ilin yanvar-aprel aylarında Bakıda 6 324 toy keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Bakı şəhərində 6 324 toy məclisi keçirilib. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov müğənnilərin onlara yazılan vergilərin reklamı ilə məşğul olduğunu deyib: "Müğənnilər getdiyi toyların sayını az, aldığı qonorarı isə 20-70 manat arasında göstərir. Bir müğənniyə kameral yoxlama zamanı 4 min manat vergi yazdıq. Aləmə car çəkdi ki, mənə 100 min vergi yazıblar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi