Nazir müavini: "İran Azərbaycan ilə daha çox investisiya əlaqələrinin qurulmasına önəm verir"

Nazir müavini: "İran Azərbaycan ilə daha çox investisiya əlaqələrinin qurulmasına önəm verir" İki ölkə arasında özəl sektorda əlaqələr siyasi münasibətlər kimi inkişaf etməyib
Biznes
20 Sentyabr , 2016 18:07
Nazir müavini: İran Azərbaycan ilə daha çox investisiya əlaqələrinin qurulmasına önəm verir

Bakı. 20 sentyabr. REPORT.AZ/ "İranla Azərbaycan arasında ticarət və iqtisadi əlaqələri iki ölkə arasında qurulan siyasi əlaqələrin inkişaf səviyyəsinə çatdırmaq lazımdır." 

"Report" xəbər verir ki, bunu Azərbaycan-İran biznes-forumunda çıxış edən İranın sənaye, mədən və ticarət nazirinin müavini Cəfər Sərqeyni deyib. 

Nazir müavini bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan və İran özəl sektorda fəaliyyət göstərən şirkətlərə güzəştlər tətbiq edir: "İş adamlarını yaradılan bu imkanlardan, fürsətlərdən istifadə edib, iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün addım atmağa dəvət edirəm. Çox təəssüflər olsun ki, Azərbaycanla İran arasında özəl sektorda əlaqələr siyasi münasibətlər kimi inkişaf etməyib. Bu səbəbdən də İran indi Azərbaycan ilə daha çox investisiya əlaqələrinin qurulmasına önəm verir".

O vurğulayıb ki, Azərbaycanın "Mətanət A" şirkətinə İranda fəaliyyət göstərmək üçün lisenziya verilib: "Biz çalışırıq ki, yerli şirkətlər qarşılıqlı əlaqələri inkişaf etdirsin. İranın bir çox sahələrdə istehsal etdiyi məhsullar var. Bu məhsullar çox keyfiyyətlidir. Biz Azərbaycan şirkətlərini və sahibkarlarını bu fürsətlərdən istifadə etməyə dəvət edirik. Bu əlaqələrin inkişafı iki ölkə arasında iqtisadi əməkdaşlığın və ticarətin inkişafına səbəb olacaq".

Son xəbərlər

Orphus sistemi