Nazir müavini: “Bu ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft ixracı 14% artıb”

Nazir müavini: “Bu ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft ixracı 14% artıb” Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.
Biznes
15 Avqust , 2018 11:46
Nazir müavini: “Bu ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft ixracı 14% artıb”

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib.

“Report” xəbər xəbər verir ki, iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov diqqəti Azərbaycanın xaricdəki ticarət və şərab evlərinə çəkib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər BƏƏ, Polşa, Çin, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur: “Məsələn, bu ilin noyabr ayında Çinin Şanxay şəhərində şərab evinin açılışını panlaşdırırıq".

Bundan başqa, nazir müavini Azərbaycanda biznes mühitinin getdikcə yaxşılaşdığını, ölkənin regionlarından sənaye məhəllərinin və sənayə zonalarının yaradıldığını, bütün bunların ölkənin qeyri-neft ixracını artırdığını qeyd edib: “Bu ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft ixracı 14%-ə yaxın artıb”.

Həmçinin R.Məmmədovun sözlərinə görə, bu ilin əvvəlindən Azərbaycan sahibkarlarına 2 mln. manat məbləğində ixrac təşviqi ödənilib. 

Qeyd edək ki, tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən istehsalçı şirkətlərin 150-ə yaxın nümayəndəsi iştirak edib. 

Son xəbərlər

Orphus sistemi