Nazir müavini: "BMT qarşısında öhdəliyi tam yerinə yetirəcəyik"

Nazir müavini: "BMT qarşısında öhdəliyi tam yerinə yetirəcəyik" Arança Qonsales: "Bu işdə sizə dəstək olacağıq"
Biznes
5 İyul , 2017 10:07
Nazir müavini: BMT qarşısında öhdəliyi tam yerinə yetirəcəyik

Bakı. 5 iyul. REPORT.AZ/ "Dayanıqlı inkişaf məqsədimiz çərçivəsində BMT qarşısında götürdüyümüz öhdəliyi tam yerinə yetirəcəyik". "Report" xəbər verir ki, bunu "Şərq tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan islahatlar ixracın artmasına səbəb olub: "Görülən işlər nəticəsində ümumi ixracımız 44%, qeyri-neft ixracı 22%, kənd təsərrüfatı məhsullarının ixracı isə 40% artıb".

Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Arança Qonsales isə Azərbaycan sahibkarlarına Avropa bazarına çıxmaq üçün bir sıra standartların alınmasına yardım edəcəklərini deyib: "Azərbaycandakı sahibkarların 80%-ə qədəri kiçik və orta sahibkarlardır. Amma onların yalnız 10%-i ixracatda iştirak edir. Bilirsiz ki, Avropada gigiyenik tələblər çox sərtdir. Bu tələblərə cavab vermək üçün həmin standartlara uyğun məhsul istehsal etməlisiniz. Biz bu işdə sizə dəstək olacağıq. Qarşıdakı 3 il ərzində ixracın keyfiyyət baxımından yaxşılaşmasına dəstək verəcəyik".

Qeyd edək ki, bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Mərkəzin icraçı direktoru Arança Qonzales imzalayıb. 

Son xəbərlər

Orphus sistemi