Nazir müavini: "Azərbaycanın BƏƏ-yə qoyduğu sərmayənin həcmi 300 milyon dollar təşkil edib"

Nazir müavini: "Azərbaycanın BƏƏ-yə qoyduğu sərmayənin həcmi 300 milyon dollar təşkil edib" "Azərbaycanda BƏƏ kapitalı ilə 255 şirkət fəaliyyət göstərir"
Biznes
20 Aprel , 2017 14:18
Nazir müavini: Azərbaycanın BƏƏ-yə qoyduğu sərmayənin həcmi 300 milyon dollar təşkil edib
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev / Report

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Azərbaycanla iqtisadi komissiyasının iclası keçiriləcək.

"Report" WAM-a istinadən xəbər verir ki, bu məqsədlə Azərbaycandan iqtisadiyyat nazirinin müavini Sahil Babayevin rəhbərlik etdiyi dövlət və özəl sektorun 28 nümayəndəsindən ibarət nümayəndə heyəti BƏƏ-yə gedib.

Səfər zamanı S.Babayev Dubayın Ticarət Palatasının sədrinin müavini Məcid əl-Şəmsi, eləcə də qida və yüngül sənaye sahəsində fəaliyyət göstərən ərəb iş adamları ilə görüşüb. Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi yolları müzakirə olunub.

M.Əl-Şəmsi Azərbaycan və BƏƏ arasında unikal ticarət əlaqələrinin olduğunu və son illərdə hər iki tərəfdən yüksək vəzifəli şəxslərin səfərləri ilə əlaqələrin daha da inkişaf etdiyini bildirib. Sədr müavini Dubay və Azərbaycan arasında qeyri-neft ticarətinin həcminin ötən il 220 milyon dollar təşkil etdiyini vurğulayıb.

S.Babayev Azərbaycan hökumətinin BƏƏ ilə ticarət səviyyəsini yüksəltmək üçün bütün imkanları nəzərədən keçirməklə bağlı səylərinə sadiq qalacağını bildirib. O, Azərbaycanın BƏƏ-yə qoyduğu sərmayənin həcminin 300 milyon dollar təşkil etdiyini, eləcə də Azərbaycanda BƏƏ kapitalı ilə 255 şirkət fəaliyyət göstərdiyini qeyd edib.

Nazir müavini sənaye, logistika və nəqliyyat sahələrində birgə müəssisələrin yaradılmasında maraqlı olduqlarını bildirib, eləcə də ərəb biznesmenlərini Azərbaycana investisiya qoymağa çağırıb.

Son xəbərlər

Orphus sistemi