Nazir müavini: "ABAD da "ASAN Xidmət" kimi Azərbaycanın brendinə çevrilib"

Nazir müavini: "ABAD da "ASAN Xidmət" kimi Azərbaycanın brendinə çevrilib" Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb və bu da sahibkarlar üçün böyük imkanlar açır.
Biznes
26 Dekabr , 2017 11:30
Nazir müavini: ABAD da ASAN Xidmət kimi Azərbaycanın brendinə çevrilib
Iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov / Report/ Firi Salim

Bakı. 26 dekabr. REPORT.AZ/ "Azərbaycanda 2015-ci ildən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb və bu da sahibkarlar üçün böyük imkanlar açır".

"Report" xəbər verir ki, bunu "Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək" mövzusunda bu gün keçirilən tədbirdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, sahibkarların üzləşdiyi problemlərdən biri də lisenziyaların əldə edilməsi ilə bağlı məsələlərdir: "Sahibkarlara dəstək məqsədi ilə ixrac subsidiyaları verildi. Belə ki, ixracla məşğul olanlar 3-6% güzəşt əldə edirlər. Həmçinin, bir sıra sahibkarlıq subyektləri gömrük rüsumları və vergilərdən azad edilib".

Nazir müavini bildirib ki, ABAD da "ASAN Xidmət" kimi Azərbaycanın brendinə çevrilib.

Son xəbərlər

Orphus sistemi