Nazir: "İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib"

Nazir: "İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib" Azərbaycanın Rusiya, Çin və BƏƏ-də ticarət nümayəndəlikləri açılacaq
Biznes
2 Noyabr , 2016 11:28
Nazir: İxracla məşğul olan iki sahibkar ödəniş üçün müraciət edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycandan mal ixracı ilə məşğul olan sahibkarlara vəd edildiyi kimi ixrac etdikləri malın dəyərinin 3-6%-i qədər ödəniş veriləcək. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında iqtisadyyat naziri Şahin Mustafayev məlumat verib.

Onun sözlərinə görə, artıq iki sahibkar bu məqsədlə İqtisadiyyat Nazirliyinə müraciət edib.

Ş.Mustafayev “Made in Azerbaijan” brendinin tanınması ilə bağlı görülən işlər barədə də danışıb. O, bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi Azərbaycanın 3 ölkədə - Rusiya, Çin və BƏƏ-də ticarət nümayəndəliklərinin açılacağını deyib.

Son xəbərlər

Orphus sistemi