​Nazir: "Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 62% artıb"

​Nazir: "Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 62% artıb" İqtisadiyyat naziri ölkədə 6 macar şirkətinin fəaliyyət göstərdiyini açıqlayıb
Biznes
28 İyun , 2016 12:24
​Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 62% artıb

Bakı. 28 iyun. REPORT.AZ/ Son iki ildə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 62% artıb. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 6-cı iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş. Mustafayev, həmçinin Azərbaycanda fəaliyyət göstərən macar şirkətləri haqqında da danışıb: "Hazırda Azərbaycanda 6 macar şirkəti fəaliyyət göstərir. Düşünürəm ki, müxtəlif sahələrdə əlaqələri daha da genişləndirilməsi imkanı var".

Son xəbərlər

Orphus sistemi