Nazir: "Azərbaycanın qeyri-neft idxalında Rusiya I yeri tutur"

Nazir: "Azərbaycanın qeyri-neft idxalında Rusiya I yeri tutur" Bu il Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında III yeri tutur
Biznes
25 Dekabr , 2017 14:19
Nazir: Azərbaycanın qeyri-neft idxalında Rusiya I yeri tutur
Iqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Orkhan Azim

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclası keçirilib.

"Report"un verdiyi xəbərə görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, iqtisadi əlaqələrin inkişafı üçün yenə də böyük potensial var.

"Əlaqələrimiz bütün istiqamətlərdə inkişaf edir. Humanitar sahədə də əməkdaşlıq genişlənir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2017-ci ildə Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 3-cü yeri tutur. Azərbaycana idxalda isə Rusiya I yerdədir. Həmçinin, Azərbaycanın qeyri-neft idxalında da Rusiya I yeri tutur", - deyə nazir əlavə edib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, Rusiya şirkətlərinin bu il Azərbaycanda invesitisiyaları 1,5 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi