Yuxarı

​Naxçıvanda qeydiyyatda olan vergi ödəyicilərinin hamısı hesabat verib

Şirvan Ərazi Vergilər İdarəsində qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyicilərinin 99,8%-i bəyannamələrini vaxtında təqdim edib

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin II rübündə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyicilərinin 78,2%-i vaxtında sadələşdirilmiş vergi bəyannaməsini təqdim edib. “Report” xəbər verir ki, bu, ölkə üzrə qeydə alınan ən aşağı göstəricidir.

Növbəti yerdə isə VN-in 11 saylı Ərazi Vergilər Departamentində (ƏVD, Yevlax) qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyiciləri durur. Belə ki, bu ƏVD-də qeydiyyatda olan ödəyicilərin 83,4%-i bəyannamələrini vaxtında təqdim edib.

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyiciləri isə vergi bəyannaməsini 100% təqdim edib. Hesabata görə, MR-dən kənarda ən hesabatlı vergi ödəyiciləri VN-in 5 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ, Şirvan) qeydiyyatdadır. Belə ki, burada qeydiyyatda olan sadələşdirilmiş vergi ödəyicilərinin 99,8%-i vergi bəyannamələrini vaxtında təqdim ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi