Yuxarı

​Naxçıvanda idxalla bağlı yeni qərar qəbul edilib

Əvvəldən zəruri olan uyğunluq, baytarlıq və gigiyena sertifikatları, habelə idxal karantin icazəsi artıq tələb edilməyəcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qida məhsullarının idxalı ilə əlaqədar gömrük əməliyyatlarının asanlaşdırılması ilə bağlı qərar qəbul edib. 

"Report"un məlumatına görə, Muxtar Respublikaya idxal əməliyyatları zamanı gömrük bəyannaməsi və məhsul ilə əlaqədar sertifikatlar aradan qaldırılacaq.

Dəyişikliyə görə, əvvəldən zəruri olan uyğunluq sertifikatı, baytarlıq sertifikatı, gigiyena sertifikatı və idxal karantin icazəsi artıq tələb edilməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi