Naxçıvanda idxal əməliyyatlarının həcmi 10 faiz azalıb

Naxçıvanda idxal əməliyyatlarının həcmi 10 faiz azalıb İdxal-ixrac əməliyyatları üzrə müsbət saldo 316 mln. 486,7 min dollar təşkil edib
Biznes
1 Aprel , 2016 21:58
Naxçıvanda idxal əməliyyatlarının həcmi 10 faiz azalıb

Bakı. 1 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası 56 xarici ölkə ilə 512 milyon 354,5 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report”un xəbərinə görə, bu ticarət əməliyyatları nəticəsində 414 milyon 420,6 min ABŞ dolları dəyərində mal ixrac edilib, 97 milyon 933,9 min ABŞ dolları dəyərində mal idxal olunub.

İdxal-ixrac əməliyyatları üzrə müsbət saldo 316 milyon 486,7 min ABŞ dolları təşkil edib. 2015-ci ildə əvvəlki illə müqayisədə ixrac əməliyyatlarının həcmi 1,4 faiz artıb, idxal əməliyyatlarının həcmi isə 10 faiz azalıb.

Son xəbərlər

Orphus sistemi