Naxçıvan-Məşhəd dəmir yol xətti dekabrın 29-da işə salınacaq

Naxçıvan-Məşhəd dəmir yol xətti dekabrın 29-da işə salınacaq Gələn ilin əvvəlində Azərbaycan iş adamları Təbrizə səfər edəcəklər
Biznes
27 Dekabr , 2016 12:33
Naxçıvan-Məşhəd dəmir yol xətti dekabrın 29-da işə salınacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ "Dekabrın 29-da Naxçıvanda biznes forum keçiriləcək və həmin vaxt yeni dəmir yol xətti işə salınacaq". "Report" xəbər verir ki, bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən XI iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

"Naxçıvan-Məşhəd-Naxçıvan qatarı vasitəsi ilə 12 mindən çox sərnişin daşınacaq", - deyə nazir əlavə edib. 

Ş.Mustafayevin sözlərinə görə, gələn ilin əvvəllərində Azərbaycan iş adamları Təbrizə səfər edəcəklər: "İranın 400-dən çox şirkəti indiyədək Azərbaycana 1 mlrd. dollardan çox investisiya yatırıb".

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi