Naxçıvan bu il Şərqi Anadolu vilayətindən məhsul idxalına görə ikinci yerdə qərarlaşıb

Naxçıvan bu il Şərqi Anadolu vilayətindən məhsul idxalına görə ikinci yerdə qərarlaşıb Şərqi Anadolu İhracatçılar Birliyinə (DAIB) üzv şirkətlər bu ilin yanvar-noyabr aylarında 190 ölkəyə 1,677 mlrd dollarlıq məhsul ixrac edib.
Biznes
14 Dekabr , 2019 10:06
Naxçıvan bu il Şərqi Anadolu vilayətindən məhsul idxalına görə ikinci yerdə qərarlaşıb

Şərqi Anadolu İhracatçılar Birliyinə (DAIB) üzv şirkətlər bu ilin yanvar-noyabr aylarında 190 ölkəyə 1,677 mlrd dollarlıq məhsul ixrac edib.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ixracatda 1,295 mlrd dollarla sənaye məhsulları birinci olub. Onu 142,155 mln dollarla mebel, kağız və meşəçilik məhsulları, 117,431 mln dollarla kənd təsərrüfatı məhsulları izləyib.

DAIB-a üzv şirkətlərin bu ilin 11 ayındakı ixracat sıralamasında müvafiq olaraq 397,322 mln dollarlarla İraq, 110,387 mln dollarla Azərbaycan (Naxçıvan), 97,177 mln dollarla Almaniya qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi