Yuxarı

Natiq Əmirov: "İqtisadiyyatın inkişafı üçün ən vacib amil azad rəqabət mühitinin formalaşdırılmasıdır"

Bu il ərzində təkcə iqtisadi islahatlarla bağlı 60-dan çox qanun fərman və sərəncam imzalanıb

Bakı. 24 iyun. REPORT.AZ/ "Aparılan islahatlarda əsas prioritet sahələr biznes mühitinin təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin artırılmasıdır. Düşünürəm ki, iqtisadiyyatın inkişafı üçün ən vacib amil azad rəqabət mühitinin formalaşdırılmasıdır."

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

Prezidentin köməkçisi ixraca mane olan məsələlər haqqında danışıb: “Bizim mövcud olan istehsal potensialımızın ixraca transformasiyasının qarşısını alan əmək məhsuldarlığı və mallarımızın maya dəyərinin yüksək olmasıdır”.

N. Əmirov deyib ki, bu il ərzində təkcə iqtisadi islahatlarla bağlı 60-dan çox qanun fərman və sərəncam imzalanıb: “Neftin qiymətinin bahalaşmasına baxmayaraq, Azərbaycanda iqtisadi islahatlar davam etdiriləcək. Çünki ölkə prezidenti hökumətə birmənalı olaraq tapşırıq verib ki, neftin bazar qiymətinin neçəyə olmasından asılı olmayaraq, biz öz siyasətimizdə onu 25 dollardan götürəcəyik. Ona görə də islahatlar davamlı şəkildə, nəzərdə tutulan şaxələnmə başa çatana qədər davam edəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi