Yuxarı
    Bağlamaq

    ​Naftalanda sahibkarlar üçün seminar keçirilib

    Seminar Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı ilə keçirilib

    Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəlikləri, Ombudsman Aparatının Gəncə şəhər şöbəsinin birgə təşkilatçılığı, Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalanda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün seminar keçirilib.

    “Report” nazirliyin məlumatına əsasən bildirir ki, kurortların inkişaf perspektivləri, biznes ideyanın yaradılması, biznes planların və investisiya layihələrinin hazırlanması, biznesdə insan hüquqları mövzularını əhatə edən seminarda Azərbaycanda 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı, kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, kurort infrastrukturunun inkişaf etdirilməsi barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

    Bundan başqa, seminarda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi