Azərbaycan müəssisələri risklərin idarə edilməsi barədə məlumatlandırılır

Azərbaycan müəssisələri risklərin idarə edilməsi barədə məlumatlandırılır İqtisadiyyat və Sənaye Nazirliyi dövlət müəssisələrində korporativ idarəetmənin tətbiqi ilə bağlı təlim keçirib
Biznes
30 Sentyabr , 2015 15:37
Azərbaycan müəssisələri risklərin idarə edilməsi barədə məlumatlandırılır

Bakı. 30 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Bakıda korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Daxili nəzarət. Risklərin idarə olunması” mövzusunda təlim keçirilib. "Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Təlimdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyi korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə daxili nəzarət və risklərin idarə olunması institutları, onların məqsəd və vəzifələri, fəaliyyət prinsipləri, risklərin növü və təsnifatlaşdırılması barədə məlumat verib. Tədbir çərçivəsində mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Prezidentin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 7 mövzu üzrə təlimlər keçirilib.

Son xəbərlər

Orphus sistemi