Yuxarı
    Bağlamaq

    Mübariz Mənsimov Türkiyə şirkətinə ortaq olub

    Azərbaycanlı iş adamı limanın 50%-nə sahib olub

    Bakı. 21 aprel. REPORT.AZ/ Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimov "Doğan Qrupu"na məxsus Milta Bodrum Marinaya şərik olub.

    "Report"un məlumatına görə, bu ortaqlıq M.Mənsimova limanın 50%-nə sahib olma hüququ verib. Anlaşmanın maliyyə tərəfləri açıqlanmır.

    Qeyd edək ki, "Doğan Holding"ə məxsus Milta Bodrum Marina Egey və Aralıq dənizinin ən nüfuzlu limanları sırasında yer alır. Şirkət dənizdə 425, sahildə isə 50 yaxtaya tam texniki servis göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi