Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Almaniyanın Berlin şəhərinə ixrac missiyası təşkil edilib. Missiyada müsabiqə əsasında seçilən meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edirlər.
Azərbaycan şirkətlərindən ibarət nümayəndə heyətinə daxil olan,
“MR BEE” Almaniyada sərgidə nümayiş olunur
“Eyni zamanda ixrac missiyası iştirakçıları səfər çərçivəsində Berlində təşkil olunan “Beynəlxalq Yaşıl Həftə-2017” (“International Green Week - 2017”) sərgisində də iştirak etmək şansını qazanıb. Sözügedən sərgidə milli pavilyonumuzda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı səfirliyi və “Azpromo”nun dəstəyi ilə ölkədə istehsal edilən 200-dən çox çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş olunur. Bəzi istehsalçılara da burada öz məhsulunu nümayiş etdirmək üçün şərait yaradıldı. Biz də bu sərgidə “MR BEE” məhsulunu nümayiş etdirdik. Bizim məhsullarımıza böyük maraq var” - C.Kərimov əlavə edib.Qeyd edək ki, yanvarın 29-na qədər davam edəcək “Beynəlxalq Yaşıl Həftə-2017” çərçivəsində iştirakçılara Azərbaycanın investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriləcək.