Yuxarı
    Bağlamaq

    Mr.Bee Beynəlxalq Bankın Elkart Taksit Kart Sisteminə Qoşuldu

    Elkart sahiblərinə 10% endirim və bonuslar qazanmaq imkanı verilib

    Bakı. 30 avqust. REPORT.AZ/ "Kercom" şirkətinə məxsus olan “Mr.Bee” bal brendi nağdsız əməliyyatların inkişafı strategiyası çərçivəsində Azərbaycan Beynəlxalq Bankının Elkart taksit kart sisteminə qoşulub.

    Şirkətdən "Report"a verilən məlumata görə, indi Elkart sahibləri 1, 3, 6, 9 və 12 aylıq taksitlərilə bal məhsullarını əldə edə bilərlər. Əlavə olaraq, Elkart sahiblərinə 10% endirim və bonuslar qazanmaq imkanı da verilib.

    Qeyd edək ki, “Mr. Bee” brendi “Kercom” şirkətinə məxsusdur. “Kercom” şirkəti Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda fəaliyyət göstərir. Hazırda şirkət kənd təsərrüfatı sahəsində Mr. Bee brendi altında arıçılıq layihəsini inkişaf etdirir.

    Mr. Bee 2016-cı ilin mart ayından etibarən “Baku Business Factory”nin biznes inkubasiya mərkəzinin xidmətlərindən istifadə edir.

    Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

    Daha ətraflı məlumat üçün BBF-nin rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi