Moskva aeroportlarında 40-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib

Moskva aeroportlarında 40-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib Bakı. 10 noyabr. REPORT.AZ/ Moskvanın Vnukova, Domodedovo və Şerementyevo hava limanlarında 40-a yaxın reys təxirə salınıb və ya gecikir.
Biznes
10 Noyabr , 2018 16:18
Moskva aeroportlarında 40-a yaxın reysin uçuş cədvəlində dəyişiklik edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Moskvanın Vnukova, Domodedovo və Şerementyevo hava limanlarında 40-a yaxın reys təxirə salınıb və ya gecikir.

“Report” TASS-a istinadən xəbər verir ki, uçuş qrafikindəki dəyişikliklərin buludlu hava şəraiti ilə bağlı olduğu bildirilib.

Məlumata əsasən, Vnukova hava limanında 10 reys, Şerementyevoda 11 reys gecikir, Domodedovoda isə 8 reys ləğv edilib,  11 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur.

Hava proqnozuna əsasən, noyabrın 10-da Moskvada hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi