Moldovanın keçmiş Ombudsmanı Bakı Şopinq Festivalına qatılacaq

Moldovanın keçmiş Ombudsmanı Bakı Şopinq Festivalına qatılacaq Aurelia Qriqoriu bakushopfest.com saytına müsahibəsində festivala uğurlar arzulayıb
Biznes
19 Aprel , 2017 18:24
Moldovanın keçmiş Ombudsmanı Bakı Şopinq Festivalına qatılacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda tez-tez qonaq olan Moldovanın keçmiş Ombudsmanı Aurelia Qriqoriu Bakı Şopinq Festivalında iştirak etmək niyyətindədir.

“Report”un festivalın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Qriqoriu bakushopfest.com saytına müsahibəsində festivala uğurlar arzulayıb, bu tədbirin Azərbaycana investisiya cəlb edilməsi üçün yaxşı fürsət olduğunu bildirib.

Bundan başqa, moldovalı keçmiş Ombudsman “Tax Free” sisteminin ölkəyə turist, həmçinin şopinq-turlar təşkil edən şirkətləri cəlb etmək üçün imkan yaratdığını söyləyib.

Onun sözlərinə görə, aprelin 23-26-da Bakıda olacaq və mütləq festivala qatılacaq.

Son xəbərlər

Orphus sistemi