Mobil oyunlardan illik gəlir 1 milyard dolları ötüb

Mobil oyunlardan illik gəlir 1 milyard dolları ötüb 2019-cu ildə mobil oyunlar bazarında reklamdan, məhsul və bilet satışından əldə olunan gəlir 1,1 milyard ABŞ dolları təşkil edib.
Biznes
13 Fevral , 2020 18:08
Mobil oyunlardan illik gəlir 1 milyard dolları ötüb

2019-cu ildə mobil oyunlar bazarında reklamdan, məhsul və bilet satışından əldə olunan gəlir 1,1 milyard ABŞ dolları təşkil edib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, ötən il bu oyunların auditoriyası təxminən 443 milyon nəfər olub. Bu il bu rəqəmin 495 milyon nəfərə çatması gözlənilir. 

2019-cu ildə mobil oyunlar haqqında məlumatlı insanların sayı 12,5% artaraq 1,8 milyard nəfərə çatıb. Bu sahədə ən böyük pay Çinə (500 milyon nəfər) məxsusdur.

Son xəbərlər

Orphus sistemi