Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq Sumqayıt Kimya Sənaye Parkı Mingəçevir Sənaye Parkına ilk rezidenti qəbul edib
Biznes
11 İyul , 2017 09:03
Mingəçevir Sənaye Parkında milli tekstil brendləri yaradılacaq

Bakı. 11 iyul. REPORT.AZ/ Sumqayıt Kimya Sənaye Parkı Mingəçevir Sənaye Parkına ilk rezidenti qəbul edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, “Mingəçevir Tekstil” MMC-dir.

Şirkət sənaye parkında Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında ildə 20 min ton iplik istehsal edəcək fabriklər inşa edəcək. Müəssisələrdə 550 iş yerinin açılması nəzərdə tutulur. Artıq fabriklərin inşasına başlanıb.

Belə müəssisələrin yaradılması yüngül sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi