"Milli Korporativ Sosial Məsuliyyət Mükafatı 2018"in təqdimatı olub

"Milli Korporativ Sosial Məsuliyyət Mükafatı 2018"in təqdimatı olub Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Milli Korporativ Sosial Məsuliyyət (KSM) Mükafatı 2018in təqdimatı olub.
Biznes
29 Yanvar , 2019 20:17
Milli Korporativ Sosial Məsuliyyət Mükafatı 2018in təqdimatı olub

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün "Milli Korporativ Sosial Məsuliyyət (KSM) Mükafatı 2018"in təqdimatı olub.

"Report" xəbər verir ki, Bakı Konqres Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev açıb.

O, bu mükafatın ilk dəfə təqdim edildiyini və davamlı olaraq belə müsabiqələrin keçiriləcəyini deyib.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, Azərbaycanda KSM sahəsi formalaşmaqda davam edir: "Prezident sahibkarlara şərait yaradır, sahibkarlar da bu şəraitdən istifadə edərək gəlirlərindən KSM-lərə vəsait ayırmalıdırlar".

Sonda "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika" ASC-lər və "Bakcell" şirkəti müxtəlif nominasiyalar üzrə qalib elan olunub.

Son xəbərlər

Orphus sistemi