Millət vəkili: "Azərbaycanda sərmayə qoyuluşunun mənbəyində ciddi islahatlara ehtiyac var"

Millət vəkili: "Azərbaycanda sərmayə qoyuluşunun mənbəyində ciddi islahatlara ehtiyac var" Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı mövcud büdcə modelinin dəyişib-dəyişməməsinin vacibliyi ətrafında müzakirələr aparılıb.
Biznes
21 May , 2019 13:37
Millət vəkili: Azərbaycanda sərmayə qoyuluşunun mənbəyində ciddi islahatlara ehtiyac var

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı mövcud büdcə modelinin dəyişib-dəyişməməsinin vacibliyi ətrafında müzakirələr aparılıb.

“Report” xəbər verir ki, millət vəkili Əli Məsimli çıxışında deyib ki, Azərbaycanda 17,2 mlrd. manatlıq sərmayənin 70%-i daxili investisiyadır: “Azərbaycanda sərmayə qoyuluşunun mənbəyi baxımından ciddi islahatlara ehtiyac var. Daxili investisiyalar büdcə hesabına maliyyələşir. Dövlətin büdcəsi geninə-boluna istifadə olunmamalıdır. Büdcəmiz xarici konyukturdan asılıdır. Neft fondundan daxil olan vəsait büdcənin 60 faizindən çoxdur. 

Bu məsələyə ciddi diqqət yetirilməsi vacibdir. 2018-ci ilin büdcəsində gəlirlər də, xərclər də bütün bəndlər üzrə təxminən 30 faiz artıb. Neft amilinin üstünlüyündən insan amilinin inkişafına yönəlməliyik. Yeni modelə keçid büdcədə də öz əksini tapmalıdır. Sərmayələrin strukturu dəyişməlidir. İslahatlar gedir və burda yeni çağırışlar yaranır. Ayrı-ayrı nazirliklər bu çağırışlara cavab verir. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi işlərini yenidən qurur, kölgə iqtisadiyyatının dairəsinin azaldılması, şəffaflığın artırılması və s. Maliyyə Nazirliyi də bu mənada addımlar atmalıdır”.

Ə. Məsimli qeyd edib ki, Azərbaycan dövlət büdcəsinin konseptual baxımdan yanaşdıqda, xərcləmələrin konsepsiyası qeyri-müəyyəndir: “Layihələr yerinə yetirilir bunlar çox vacibdir və bunu inkar etmək olmaz. Maliyyə sektorundakı islahatlar o vaxt dəstəklənər ki, sosial sahədə islahatlar Azərbaycanda əhalinin yaşayışına müsbət təsir göstərsin. Kompensasiyaların verilməsi, dollarla bağlı kreditlərdə xeyli yumşalma buna gətirib çıxardı. 

Maliyyə Nazirliyi sosial təşəbbüslərlə çıxış etməlidir. Büdcədə sosial bloka ayrılan vəsait təmir-tikintiyə ayrılan vəsaitdən azdır. Hər 1 manata 10-11 manat artıq təşkil edir. Bu göstərir ki xərcləmənin fəlsəfəsini dəyişməli, yeni modelə uyğunlaşmalıyıq. Bu halda kiçik və orta sahibkarlığa dəstək büdcəyə qənaətə səbəb olacaq. Özəl təşəbbüsü dövlətin fəaliyyəti əvəz edə bilmir. Əsas gücü özəl sektora verək. Onda büdcəmiz bundan qat-qat yaxşı olacaq”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlandırılması barədə fikirlə razılaşmayıb. Z. Səməzadə deyib ki, dövət transmilli layihələrə, problemli kreditlərə pul ayrır: “Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur. Büdcə barədə ictimai müzakirələrin aparılması barədə təkliflər də məqbul sayılmalıdır. 

Hazırda 22 milyardıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyini görürük. İdman kompeksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Büdcə modelini dəyişmək lazım deyil”.

Komitə sədri bildirib ki, 1993-cü ildə yoxsulluq 86% olubsa, hazırda 5-6%-ə endirilib.

Millət vəkili Vahid Əhmədov isə söhbətin ilk növbədə şəffaflığın artırılmasından getdiyini vurğulayıb.

Maliyyə nazirin müavini Azər Bayramov millət vəkillərinin çıxışlarında səslənən  əksər məsələlərin qanunvericilikdə əkini tapdığını, praktikada tətbiq olunmağa başlandığını bildirib: “Digər qanunvericilik aktlarında ədyişikliklər etməklə bu prosesin sürətləndirilməsiən nail olacağıq: Məsələn, icbari tibbi sığorta gələn ildən ölkə üzrə tətbiq olunacaq”.

Son xəbərlər

Orphus sistemi