Yuxarı

​Millət vəkili: "Azərbaycanda qadın sahibkarların müəyyən problemləri var"

Dünya Bankı: Xanımların rəhbərlik etdiyi müəssisələr daha çox gəlir gətirir

Bakı. 17 noyabr.REPORT.AZ/ Azərbaycanda bugün qadın sahibkarların müəyyən problemləri mövcuddur. Milli Məclisdə bu problemin həlli yolunda müəyyən qanunvericilik aktları qəbul olunub.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Bakıda keçirilən Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi tədbirində çıxışı zamanı bildirib: "Son günlər Azərbaycanda sahibkarlığa dəstək üçün Prezident İlham Əliyev tərəfindən də bir sıra qanunlar qəbul edilib. İlk olaraq yoxlamalar dayandırılıb. Çünki Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün olduqca çox yoxlama vardır".

Onun sözləribnə görə, qadınların sahibkarlıqla məşğul olması üçün həddindən artıq müdaxilələr var: "Amma hiss edirik ki, Prezident İlham Əliyev tərəfindən qəbul edilən qanunlar, imzalanan sərəncamlar və atılan bu addımlar davamlı olacaq və öz nəticəsini verəcək".

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko isə bildirib ki, qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması əlavə iş yerlərinin açılması, məşğulluğun təmin olunması deməkdir. O qeyd edib ki, bu sahədə qadınların rolu xüsusi diqqətə layiqdir: “Azərbaycanda da qadınların sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün ölkə başçısı müəyyən fərmanlar imzalayıb və bu, onların inkişafına təkan verəcək. Araşdırmalar göstərir ki, xanım sahibkarların, eyni zamanda xanımların rəhbərlik etdiyi müəssisələr kişilərlə müqayisədə daha çox gəlir gətirir".

L.Leşçenko qeyd edib ki, sahibkarların 17%-ni qadın rəhbərlər təşkil edir. Bu, Avropa ilə müqayisədə çox aşağı göstərici olsa da, çox böyük irəliləyişdir: "Azərbaycanda qadınların maliyyə vəsaitlərinin əldə olunmasında da çətinliklər var. Qadınların maliyyə vəsaitlərinə çıxışı məhduddur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi