Milanda "EXPO-2015" sərgisində "Azərbaycana investisiyalar: biznes mühiti və imkanlar" forumu keçiriləcək

Milanda "EXPO-2015" sərgisində "Azərbaycana investisiyalar: biznes mühiti və imkanlar" forumu keçiriləcək Forumda Azərbaycana sərmayə qoyuluşunun imkanları və üstünlükləri haqqında bəhs olunacaq
Biznes
24 Avqust , 2015 16:43
Milanda EXPO-2015 sərgisində Azərbaycana investisiyalar: biznes mühiti və imkanlar forumu keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyanın Milan şəhərində "EXPO-2015" ümumdünya sərgisi çərçivəsində "Azərbaycana investisiyalar: biznes mühiti və imkanlar" forumu keçiriləcək.

"Report" xəbər verir ki, forum avqustun 25-də Azərbaycanın sərgi pavilyonunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) və Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən təşkil olunacaq.

Tədbirdə АzPromo-nun rəhbərliyi, eləcə də bir sıra digər  şəxslərin iştirakı gözlənilir. Onlar Azərbaycana sərmayə qoyuluşunun imkanları və üstünlükləri haqqında bəhs edəcəklər.

Qeyd edək ki, "EXPO-2015" ümumdünya sərgisi Milanda mayın 1-də açılıb və oktyabrın 31-dək davam edəcək. 

Azərbaycan pavilyonunun açılışı Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi