Metyu Brayza: “Bakı Şopinq Festivalı Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olacaq”

Metyu Brayza: “Bakı Şopinq Festivalı Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olacaq” ABŞ-ın Azərbaycandakı keçmiş səfiri: “Xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəmi böyükdür”
Biznes
17 Aprel , 2017 17:08
Metyu Brayza: “Bakı Şopinq Festivalı Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olacaq”

Bakı. 17 aprel. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb.

“Report” festivalın rəmsi saytına istinadən xəbər verir ki, o, belə bir tədbirin keçirilməsindən məmnun olduğunu deyib.

“Məncə, festival boyu “Tax Free” sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb”, -deyə M.Brayza bildirib.

Keçmiş səfir qeyd edib ki, xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəmi böyükdür: “İrandan və bəzi ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb, Azərbaycana gələn turistlərin sayı artacaq”.

Son xəbərlər

Orphus sistemi