​Merlin Monroya yazılan məktub 78 min dollara satılıb

​Merlin Monroya yazılan məktub 78 min dollara satılıb Hərracda amerikalı aktrisanın özünün yazdığı sevgi məktubu da satılıb
Biznes
8 Dekabr , 2014 04:35
​Merlin Monroya yazılan məktub 78 min dollara satılıb
Bakı. 8 dekabr. REPORT.AZ/ Kaliforniyada Merlin Monroya həsr olunmuş hərracda həyat yoldaşı - bayzbol ulduzu Co di Maccio tərəfindən ona ünvanlanan məktublardan biri satışa çıxarılıb.

"Report" xəbər verir ki, məktub 78 min dollara satılıb.

Di Maccio məktubu Merlin Monro mətbuat konfransında həyat yoldaşı ilə boşandıqlarını elan etdikdən sonra yazıb. Hadisə 1954-cü ildə baş tutan evlilikdən cəmi doqquz sonra baş verib.

Di Maccio məktubunda ayrılmaq istəmədiyini və Merlindən bir daha bu barədə düşməsini xahiş etmişdi.

Co di Maccio amerikalı aktrisanın ikinci əri olub. 

Hərracda, həmçinin, Merlin Monronun üçüncü əri, dramaturq Artur Millerə yazdığı sevgi məktubu da satılıb. Naməlum alıcı bu məktubu 43,750 dollara əldə edib.

Son xəbərlər

Orphus sistemi