​“Mercedez-benz”in dünya üzrə satışları rekord həddə çatıb

​“Mercedez-benz”in dünya üzrə satışları rekord həddə çatıb Mənfəət isə 8% artaraq 2 372 mlrd. avroya yüksəlib
Biznes
23 İyul , 2015 14:59
​“Mercedez-benz”in dünya üzrə satışları rekord həddə çatıb

Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin aprel-iyun aylarında “Mercedes-benz” avtomobillərinin dünya üzrə satışı 20% artıb.

“Report” xarici mediaya istinadən xəbər verir ki, 3 ayda 500 700 avtomobil satılıb. Bu satış “Mercedes-benz” markasının tarixində göstərdiyi ən yaxşı rüblük satışdır.

Satışların artdığı ölkələr arasında Böyük Britaniya (28%), Çin (34%), Yaponiya (54%) və Cənubi Koreya (71%) var. “Mercedes” avtomobillərindən 2015-ci ilin ikinci rübündə gələn ümumi gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 21,1 mlrd. avro olub.

Ümumilikdə isə “Daimler AG” şirkəti bu ilin ikinci rübündə 714 800 abtomobil satıb ki, bu da keçən illə müqayisədə 14% çoxdur. Ümumi gəlir “Daimler AG”nin ötən ilki müvafiq dövrünə nisbətən 19% artaraq 37 527 mlrd. təşkil edib. Mənfəət isə 8% artaraq 2 372 mlrd. avroya yüksəlib. 

Son xəbərlər

Orphus sistemi