Mentor: "BBF-in layihələri gənclərin daha çox biliyə malik olmalarına şərait yaradır" - MÜSAHİBƏ

Mentor: "BBF-in layihələri gənclərin daha çox biliyə malik olmalarına şərait yaradır" - MÜSAHİBƏ Ruslan Muxtarov: "Təcrübə müddətində biznes plandan başqa, maliyyə və hüquqi riskləri dəyərləndirdim"
Biznes
5 Dekabr , 2017 15:31
Mentor: BBF-in layihələri gənclərin daha çox biliyə malik olmalarına şərait yaradır - MÜSAHİBƏ

Bakı. 5 dekabr. REPORT.AZ/ Mentor Ruslan Muxtarovun "Report"a müsahibəsi:

- "BBF-lə Startup” mentorluq layihəsində hansı mövzudan çıxış edirdiniz?

- İşgüzar fəaliyyətə başlayanda hüquq və maliyyə məsələlərin əsası, hüquqi məsuliyyətlərin dərk edilməsi, yeni şirkətin yaradılması və idarə edilməsi, hüquqi proseduralar, maliyyənin hüquqi nöqteyi-nəzərdən idarə edilməsi, vergi qanunvericiliyinin əsasları kimi mövzularda çıxışlarım olub.

- Bundan əvvəl belə layihələrdə iştirak etmisinizmi və hansı fərq var?

- Treninqlərdə, əsasən, mentor kimi yox, daha çox tələbə olaraq çıxış edirdim. Bizim layihədə mühazirəçi və iştirakçılar arasında təmas daha sıxdır və əgər iştirakçılar hər hansı işgüzar fəaliyyətə başlamaq istəyirsə, onların bu fəaliyyətə düzgün və daha az səhv edərək başlaması ehtimalı nisbətən çoxdur.

- Layihədən yararlanmağınız sahibkarlıq düşüncə tərzinizə necə təsir göstərdi?

- Təcrübə müddətində biznes plandan başqa, maliyyə və hüquqi riskləri dəyərləndirdim. 

- Gənc mentor olaraq hansı sahədə inkişaf etməyə üstünlük verirsiniz? Hansı yeni biznes layihələriniz var?

- İndi gənc nəsildən daha çox təcrübəli nəslə yaxınam. On iki illik peşəkar hüquqşünas təcrübəsi də sözünü deyir. Hazırda orta və kiçik sahibkarlar üçün nəzərdə tutulan, keyfiyyətli, lakin əlçatan hüquqi xidmətlərin göstərilməsi üzrə layihədə çalışıram və artıq layihə ilk bəhrəsini verir.

- Gənc sahibkarlar üçün belə layihələrin önəmi nədir?

- Belə layihələrin icrası gənclərin düşüncə tərzinin dəyişməsinə və daha çox biliyə malik olmalarına şərait yaradır. Bu isə onların müvəffəqiyyət qazanma şanslarını daha da artırır.

- Ölkədə gənc sahibkarların inkişafı üçün yaradılan şərait sizi qane edirmi?

- Bu sahədə görüləcək işlər çoxdur.

- Hazırda hansı sahə üzrə fəaliyyət göstərirsiniz?

- "ABV Morgan Advisors" hüquq şirkətində partnyor vəzifəsində çalışıram. Həmçinin "BM Morrison Partners" hüquq şirkətində konsultant – hüquqşünasam. 

- Fəaliyyət göstərdiyiniz sahələr üzrə imza atdığınız uğurlar haqqında nə deyə bilərsiniz?

- Fəaliyyətimi kifayət qədər uğurlu hesab edirəm. Bir neçə layihədə, o cümlədən İsrail investorların kənd təsərrüfatı layihəsinin reallaşdırılmasına, bir sıra iri yerli kənd təsərrüfatlı yönümlü şirkətlərə hüquqi dəstək, qanunvericiliyin harmonizasiyası üzrə dövlət miqyaslı layihələrə, “British American Tabacco”, "Nestle", "Samsung Engineering Co.Ltd" şirkətlərinin Azərbaycandakı fəaliyyətinə hüquqi dəstək verirəm. 

Həmçinin iri qida məhsulların təchizatı ilə məşğul olan yerli şirkətlərə korporativ, əmək, miqrasiya və yeyinti məhsulların təhlükəsizliyi üzrə, İnternational Air Transport Associationun (IATA), "Polpharma" şirkətinin Azərbaycandakı nümayəndəliyinə bir sıra korporativ layihələri üzrə hüquqi dəstəyin verilməsi ilə məşğulam. "Boeing" Beynəlxalq Korporasiyanın Azərbaycandakı filialına, eləcə də “SI American Express” MMC-nin bir sıra korporativ, miqrasiya, əmək qanunvericiliyi üzrə hüquqi dəstək verirəm. 

Bundan başqa, Dünya Bankı tərəfindən “Doing Bussines” sorğusunun da iştirakçısıyam.

Qeyd edək ki, “Baku Business Factory” 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi