Meksikanın ticarət üzrə nümayəndə heyəti Azərbaycana gələcək

Meksikanın ticarət üzrə nümayəndə heyəti Azərbaycana gələcək Bakı. 24 aprel. REPORT.AZ/ Meksika Ticarət Nümayəndəliyinin nümayəndə heyəti aprelin 23-dən 30-dək Azərbaycanda səfərdə olacaq.
Biznes
24 Aprel , 2018 13:03
Meksikanın ticarət üzrə nümayəndə heyəti Azərbaycana gələcək

Bakı. 24 aprel. REPORT.AZ/ Meksika Ticarət Nümayəndəliyinin nümayəndə heyəti aprelin 23-dən 30-dək Azərbaycanda səfərdə olacaq.

Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfirliyindən bildirilib.

Nümayəndə heyətinin tərkibinə bir neçə tekila istehsalçısı və Milli Tekila Sənayesi Palatasının nümayəndəsi daxildir. Səfərin məqsədi Azərbaycanla Meksika arasında ticarət əlaqələrinin aktivləşdirilməsidir.

Missiya Azərbaycan sahibkarları, idxalçı və distribyutorları ilə bir sıra işgüzar görüşlər və dequstasiyalar keçirəcək.

"Son illər ərzində Azərbaycan bazarında bu içkiyə qarşı maraq artıb. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycanın idxal etdiyi spirtli içkilərin (araq, viski, rom, aquardiente, cina, şərab və likör istisna olmaqla) 52%-i tekilanın payına düşür", - səfirlikdən deyilib.

Qeyd edək ki, tekila Meksikanın tarixini, mədəniyyətini və rəngarəngliyini özündə əks etdirən məşhur içki növüdür.

Son xəbərlər

Orphus sistemi