Meksika Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir

Meksika Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir "ProMexico"nun İstanbul nümayəndəliyinin rəhbəri Bakıya səfər edəcək
Biznes
4 Noyabr , 2015 16:11
Meksika Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir

Bakı. 4 noyabr. REPORT.AZ/ "ProMexico"nun İstanbul nümayəndəliyinin rəhbəri Xorxe Alberto Krus Abaskal Bakıya səfər edəcək. Meksikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən xəbərə görə, səfər Azərbaycanda İxracın və İnvestisiyaların İnkişafı Fondunun (AzPromo) dəvəti ilə 4-6 noyabr tarixlərində baş tutacaq.

Səfərin məqsədi iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsidir.

Səfər çərçivəsində Meksika və Azərbaycan arasında ticarət və turizm sahələrində olan əlaqələrin genişlənməsi imkanlarının müzakirə olunması məqsədilə bir sıra görüşlər keçiriləcək.

Qeyd edək ki, 2014-cü ildə Meksika ilə Azərbaycan arasında ümumi ticarət həcmi təxminən 2 milyon ABŞ dolları təşkil edib və onun artması üçün böyük potensial mövcuddur.

Son xəbərlər

Orphus sistemi