Yuxarı
    Bağlamaq

    MDB ölkələri Gömrük xidməti rəhbərləri Şurasının Bakı toplantısında bir sıra sənədlər imzalanıb

    Azərbaycan Rusiya və Qırğızıstanla protokol imzalayıb

    Bakı. 14 iyun. REPORT.AZ/ Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Gömrük xidməti rəhbərləri Şurasının 65-ci iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.

    “Report”un məlumatına görə, bu, gömrükdən keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilə Rusiya Federal Gömrük Xidməti arasında protokol, kadrların peşəkar hazırlığı və ixtisasın artırılması sahəsində əməkdaşlıq haqqında Azərbaycan DGK və Qırğızıstan Dövlət Gömrük Xidməti (DGX) arasında protokol, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, eləcə də qarşılıqlı ticarətin gömrük statistikasına dair məlumatların müqayisəsi zamanı qarşılıqlı fəaliyyət qaydası haqqında Özbəkistan DGK və Tacikistan DGX arasında protokollardır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi