Yuxarı
    Bağlamaq

    MDB Biznes Mərkəzinin baş direktoru: "Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı fəal iş gedir"

    Savçenko: Azərbaycan fəal şəkildə texnologiyalarını, aqrar sektorunu, turizmi və digər sahələri inkişaf etdirir
    © Report

    Bakı. 18 dekabr. REPORT.AZ/ "Azərbaycan dünya bazarlarında müstəqil şəkildə davranan azsaylı respublikalardan biridir".

    Bunu "Report"un Ruisya bürosuna MDB İqtisadi İnkişaf Biznes Mərkəzinin baş direktoru Vladimir Savçenko deyib.

    Onun sözlərinə görə, Azərbaycan fəal şəkildə texnologiyalarını, aqrar sektorunu, turizmi və digər sahələri inkişaf etdirir.

    "Məsələn, Azərbaycan aviasiya sektorunda ən yüksək texnologiyalarla təmin olunmuş təlim məktəbi yaradıb. Onların bazasında həm rusiyalı pilotlar, həm belaruslu pilotlar, həm də başqa xalqlardan olan pilotlar təhsil alırlar. Azərbaycan turizm sektoruna xidmət göstərmək üçün Rusiyadan helikopterlər alır", - V.Savçenko bildirib.

    Rəhbərlik etdiyi MDB Biznes Mərkəzinin fəaliyyətindən danışan V.Savçenko qeyd edib ki, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı fəal iş gedir.

    "Bunun üçün "hablar" və belə desək, "sertifikatlaşdırılmış anbarlar" tikilir. Azərbaycan ərazisində yoxlanılan mallarının istehlakçıya çatdırılana qədər bir də yoxlanmaması üzrə sahibkarlarla proqram təşkil edirik. Bununla məhsulların müdafiəsi və keyfiyyəti təmin olunacaq", - o deyib.

    V.Savçenko həmçinin Azərbaycanın tranzit yükdaşımalarında artan rolunu vurğulayıb.

    "Ölkə 2015-2020-ci illər üçün planlaşdırılan MDB dəmir yolu tikintisi və daşımalar proqramlarında - "İpək Yolu" və "Şimal-Cənub" layihələrində fəal iştirak edir. Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" nəqliyyat dəhlizində ölkə ən səmərəli şəkildə iştirak edir", - V.Savçenko bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi