Yuxarı

"McDonald's" 500 mln. dollar cərimələnə bilər

Lüksemburq hökuməti şirkəti vergidən yayınmaqda ittiham edir

Bakı. 19 sentyabr. REPORT.AZ/ ABŞ-ın "McDonald's" restoranlar şəbəkəsi, Lüksemburqda vergiləri ödəmədiyi üçün 500 mln. dollar cərimələnə bilər. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının "Apple" şirkətinin 13 mlrd. avro həcmində cərimələnməsi barədə çıxardığı qərardan sonra, "McDonald's" və "Amazon" şirkətləri böyük məbləğdə cərimə ödəməyə potensial namizədlərdir. 

Məlumata görə, "McDonald's" 2009-cu ildə Lüksemburqdakı baş qərargahında əldə etdiyi 1,8 mlrd. dollar gəlirinin 1,49%-i qədər vergi ödəyib. Lüksemburqda isə standart vergi dərəcəsi 29,2% təşkil edir. Buna görə də, "Financial Times" belə nəticəyə gəlib ki, "McDonald's" yarım mlrd. dollar həcmində cərimə ödəməyə məcbur edilə bilər. 

Bununla belə, şirkət öz növbəsində bildirib ki, vergilərini bütün qaydalara uyğun olaraq müntəzəm şəkildə ödəyir: "2011-ci ildən 2015-ci ilə kimi şirkət Avropa Birliyinə korporativ gəlirlərindən 2,5 mlrd. dollardan artıq vergi ödəyib. Bu müddət ərzində orta vergi dərəcəsi 27%-a yaxın olub". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi