Yuxarı

​Mazandaran iş adamları Azərbaycana səfər edəcək

Mazandaran vilayətindən olan iş adamları yaxin iki ayda Azərbaycana səfər edəcəklər

Sari, İran. 15 aprel. REPORT.AZ/ İranın Mazandaran vilayətindən olan iş adamları Azərbaycana səfər edəcəklər. "Report"un məlumatına görə, bunu Mazandaran vilayətində səfərdə olan Azərbaycan jurnalistlərinə vilayətin sənaye və ticarət təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi Omrar deyib.

Onun sözlərinə görə, hazırda səfərə hazırlıq işləri gedir: "Ümid edirəm ki, səfərimiz yaxın iki ay ərzində həyata keçiriləcək. Səfərin əsas məqsədi ticarət, turizm, kənd təsərrüfatı, sənaye, nəqliyyat, balıqçılıq sahəsində əməkdaşlıq yollarını tapmaqdır. Biz ticarət mübadiləsində maraqlıyıq. Hazırda ticarət mübadiləsinin həcmi 120 mln. dollar həcmindədir, bundan 60 mln. dollar həcmində olan məhsullar dəniz, qalan 60 mln. dollar həcmində olan məhsullar isə quru yolla nəql olunub. Eyni zamanda, Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə məhsullarımızı ixrac etməkdə maraqlıyıq, amma nəqliyyat tranzit dəhlizlərində bəzi problemlərimiz var". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi