Maykl Lalli: "Azərbaycan Amerika biznesləri üçün çox mühüm ticarət partnyorudur "

Maykl Lalli: "Azərbaycan Amerika biznesləri üçün çox mühüm ticarət partnyorudur " 14 ABŞ şirkətinin nümayəndələri Bakıda səfərdədir
Biznes
18 Noyabr , 2015 22:53
Maykl Lalli: Azərbaycan Amerika biznesləri üçün çox mühüm ticarət partnyorudur

Bakı. 18 noyabr. REPORT.AZ/ Noyabrın 18-i ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ Ticarət Missiyası üçün ziyafət təşkil edib.

"Report" xəbər verir ki, ABŞ Ticarət Departamentinin rəsmiləri də daxil olmaqla, 14 Amerika şirkəti yerli biznes və hökumət agentlikləri ilə ticarət və biznes imkanlarını araşdırmaq və genişləndirmək məqsədilə 18-20 noyabr tarixlərində Bakıda səfərdədirlər.

“Azərbaycan Amerika biznesləri üçün çox mühüm ticarət partnyorudur. Bakıda xidmət göstərdiyim müddətdə ikitərəfli ticarət əməkdaşlığı üçün mövcud olan böyük potensialın şəxsən şahidi oldum”,- deyərək ABŞ Ticarət Departamenti Katibinin köməkçi müavini Maykl Lalli qeyd edib.

“Bu ticarət missiyasının məqsədi yeni böyük ixrac imkanlarına qapı açmaq və Azərbaycana yeni investisiyalar cəlb etməkdir ki, bu da iki ölkənin iqtisadiyyatları arasında sıx olan münasibətləri daha da inkişaf etdirəcək”.

Missiya ABŞ və Azərbaycan iqtisadiyyatları arasında biznes və ticarət münasibətlərini gücləndirmək üçün biznes və hökumət agentliklərinin liderlərini bir yerə toplayır. Missiyaya bir neçə hökumət brifinqləri, təkbətək görüşlər və netvörkinq ziyafətləri daxildir.

İştirakçı şirkətlər: Baxter, Bloomberg LP, Capstone Turbine, Dow, Honeywell, Globalise, Langan, Miyamoto International, Osisoft, P&G, Thomson Reuters, Turner International, Wayback's Burgers, WSP/Parsons Brinkherhoff.

Son xəbərlər

Orphus sistemi