Mayda yoxlanılan qida məhsullarından 7-i standartlara cavab verməyib

Mayda yoxlanılan qida məhsullarından 7-i standartlara cavab verməyib Monitorinq olunan məhsulların 23-ü yerli, 13-ü xarici istehsaldır
Biznes
19 İyun , 2015 20:39
Mayda yoxlanılan qida məhsullarından 7-i standartlara cavab verməyib

Bakı. 19 iyun. REPORT.AZ/ Cari ilin may ayında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 23 adda yerli və 13 adda xarici istehsal olmaqla 36 adda məhsul üzərində monitorinq aparılıb.

Komitədən “Report”a verilən məlumata görə, bura 10-u yerli, biri xarici olmaqla 11 adda süd məhsulu, 3-ü yerli, 7-i xarici olmaqla 10 adda alkoqolsuz içki, 5 adda yerli çörək və makaron məmulatı, 3 adda xarici komservləşdirilmiş məhsul, 3 adda yerli ət məhsulu, 2 adda xarici alkoqollu içki, 1 adda xarici, şəkərli qənnadı məmulatı, 1 adda yerli meyvə-tərəvəz məhsulu monitorinq olunub.

Seçilmiş məhsullardan 29-u müsbət, 7-i isə mənfi cavab alıb. Mənfi cavab alan məhsullardan Türkiyə məhsulu olan "Hayat" nişanlı təbii bulaq suyu mikroorqanizimlərin sayına görə, “Qranit” firmasının istehsalı olan "Buratino" nişanlı kakolu dondurma saxarozanın kütlə payına və ümumi mikroorqanizimlərin sayına görə, "AER Company" MMC-nin məhsulu olan "İvanovka" nişanlı saçaqlı pendir nəmliyin və yağın kütləpayına görə, "AER Company" MMC-nin məhsulu "İvanovka" nişanlı şor maya və kif göbələklərinin sayına görə, Belarusiya istehsalı, "Orşa ət konservi kombinatı" ASC-nin məhsulu olan "Lyubitelskaya" nişanlı mal əti konservi etiket üzrə ətin kütlə payına görə, “AER Company” MMC-nin məhsulu Eskimo klassik şokaladlı dondurmaları bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edildiyinə görə, “AER Company” MMC-nin məsulu "Zimuşka Zima" nişanlı plombir dondurmaları bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edildiyinə görə, standartın tələblərinə cavab vermir.

Son xəbərlər

Orphus sistemi