​Masallıda sahibkarlar üçün treninq keçirilib

​Masallıda sahibkarlar üçün treninq keçirilib Treninq çərçivəsində mövzular üzrə təqdimatlar olub
Biznes
24 İyun , 2016 21:02
​Masallıda sahibkarlar üçün treninq keçirilib

Bakı. 24 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı ilə Masallıda sənaye və istehsal sahələrində fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Sənaye və istehsal sahələrinin idarə edilməsi”, “Sənayedə brendləşmə” və “Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi”mövzularını əhatə edən treninqdə innovativ texnologiyalar, brend məhsullar, brendin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, brend məhsulların məqsədli bazarlara istiqamətlənməsi, ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda tədbirdə nazirlik tərəfindən göstərilən elektron xidmətlər haqqında ətraflı məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi