Bakı. 8 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyində keçirilmiş kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bunun təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza aktı müraciət daxil olduğu vaxtdan 2 saat ərzində veriləcək.