"Made in Azerbaijan" brendi "Alibaba.com"da xeyli güclənib

"Made in Azerbaijan" brendi "Alibaba.com"da xeyli güclənib "Azexport.az" portalı yüzlərlə Azərbaycan məhsullarını qlobal və regional səviyyəli elektron ticarət platformalarda sərgiləyir
Biznes
23 Fevral , 2017 10:54
Made in Azerbaijan brendi Alibaba.comda xeyli güclənib

Bakı. 23 fevral. REPORT.AZ/ "Azexport.az" portalı fəaliyyətə başlayandan sonra Azərbaycan məhsullarının beynəlxalq platformalarda, o cümlədən "Alibaba.com"da təmsil olunma səviyyəsi 50 dəfə artıb. Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasına görə, portalın statistik rəqəmlərə əsaslanaraq hazırladığı infoqrammadan göründüyü kimi, ötən ilin son aylarında qonşu ölkələrlə müqayisədə beynəlxalq portallarda Azərbaycan məhsullarının təmsil olunması ilə bağlı vəziyyət sürətlə yaxşılaşır: “Çünki "Azexport.az" portalı yüzlərlə “Made in Azerbaijan” brendini qlobal və regional səviyyəli elektron ticarət portallarında sərgiləyir. "Azexport.az"dan verilən məlumata görə, portalın hədəflərindən biri qısa müddətdə MDB məkanında “Made in Azerbaijan” brendinin qlobal “vitrində” ilk yerlərdə möhkəmlənməsini təmin etməkdən ibarətdir”.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanın nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Son xəbərlər

Orphus sistemi