Azərbaycanda qanunsuz lotereya dayandırılıb

Azərbaycanda qanunsuz lotereya dayandırılıb Dövlət Komitəsi: "Şərq Qərb" şirkətinin "Şirinlər" günəbaxan tumları ilə bağlı keçirdiyi stimullaşdırıcı lotereya qanunsuzdur
Biznes
16 Dekabr , 2014 16:50
Azərbaycanda qanunsuz lotereya dayandırılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Şirinlər" günəbaxan tumlarının istehsalçısı olan "Şərq Qərb" ASC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib və dayandırılması barəsində göstəriş verilib. “Report”un verdiyi xəbərə görə, bu barədə komitənin yaydığı məlumatda bildirilir.

QKDK "Şərq Qərb" tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirakla bağlı diqqətli olmağa dəvət edir.

QKDK "Lotereyalar haqqında" qanuna və öz əsasnaməsinə müvafiq olaraq, lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı kimi bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi