Yuxarı
    Bağlamaq

    ​Londonda "Azərbaycanda investisiya imkanları" sessiyası keçiriləcək

    Sessiyada iştirak etmək istəyənlər aprelin 18-dək İqtisadiyyat Nazirliyinə müraciət etməlidir

    Bakı. 13 aprel. REPORT.AZ/ Londonda (Böyük Britaniya) keçiriləcək Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) XXV illik toplantısı çərçivəsində “Azərbaycanda investisiya imkanları” adlı sessiya təşkil olunacaq.

    “Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, sessiya mayın 11-12-də keçiriləcək.

    Sözügedən tədbirdə təqdimat və çıxışlar üçün Azərbaycan iqtisadiyyatının özəl sektorunun nümayəndələri dəvətlidir. “Azərbaycanda investisiya imkanları” adlı sessiyada iştirak etməkdə maraqlı olan özəl sektor nümayəndələri aprelin 18-dək İqtisadiyyat Nazirliyinə (+994 12) 493 88 67 (daxili 2231) telefon nömrəsi ilə məlumat verməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi