Lisenziya üçün "ASAN xidmət" mərkəzlərinə edilən müraciətlərin sayı açıqlanıb

Lisenziya üçün "ASAN xidmət" mərkəzlərinə edilən müraciətlərin sayı açıqlanıb İnam Kərimov: "Təkrar lisenziyaların verilməsi üçün 200-ə yaxın sənəd qəbulu, 100-ə yaxın təkrar lisenziyaların verilməsi həyata keçirilib”
Biznes
4 Dekabr , 2015 15:42
Lisenziya üçün ASAN xidmət mərkəzlərinə edilən müraciətlərin sayı açıqlanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ “ASAN xidmət" mərkəzlərində təkrar lisenziyaların verilməsi üçün 200-ə yaxın sənəd qəbulu, 100-ə yaxın təkrar lisenziyaların verilməsi həyata keçirilib”. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. 

O bildirib ki, ümumilikdə bu mövzuda “ASAN xidmət” mərkəzlərinə məlumat xarakterli 4500-ə yaxın vətəndaş müraciət edib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, lisenziyaların sayının minimuma endirilməsi nəzərdə tutulub. Yeni lisenziya almaq istəyən şəxslərə son siyahını gözləmələrini tövsiyə edirik".

Son xəbərlər

Orphus sistemi