Yuxarı

Lerikdə sahibkarlıq fəaliyyətinə başlayanlar üçün treninq keçirilib

Tədbirdə iş adamlarına ixrac, marketinq, satışın təşkili və s. mövzularla bağlı məlumat verilib

Bakı. 28 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün regionlarda maarifləndirmə tədbirləri çərçivəsində növbəti treninq Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə avqustun 28-də Lerikdə keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, mövcud və yeni ixrac bazarlarına çıxış imkanları, marketinq mövzularını əhatə edən treninqdə iştirakçılara marketinq, onun prinsipləri və istiqamətləri, bazar araşdırmalarının aparılması, satışın təşkili və idarə edilməsi, məhsul və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik barədə məlumat verilib.

Treninq iştirakçıları həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən “İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi” və s. barədə məlumatlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi