Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Bu gündən sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilər
Biznes
15 Sentyabr , 2015 15:32
Lənkəranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, dekorativ süni üzlük daşların və plastik qabların istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması nəzərdə tutulmalıdır.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF sentyabrın 10-da Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi